-
Məhsul çeşidlərimiz
- Vibropres döşəmə daşlar
- Vibropres bordyurlar
- Beton su drenajı
- Beton istinad bloku
Məhsul çeşidlərimiz
Martın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib. Liseyin yeni binası Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı çərçivəsində inşa edilib. Paytaxt Bakı ilə yanaşı, bölgələrdə bu cür layihələrin icrası ilk növbədə regionlarda yaşayan şagirdlərin yüksək səviyyədə təhsil almalarına, onların elmin sirlərinə daha dərindən yiyələnmələrinə hərtərəfli şərait yaradır. Bu, eyni zamanda, ölkəmizdə ümumilikdə təhsil sahəsinin inkişafını əyani şəkildə göstərir.
Şamaxı Avropa liseyinin inzibati ərazisində yerə döşənmiş daşlar "VİBROSTONE" zavodunun istehsal etdiyi "Standart" 200x200x60 mm-lik və "Kvadrat" 100x100x60 mm-lik boz rəngli döşəmə daşlardır.