Zəngilan rayonu “Ağıllı kənd” layihəsi

Zəngilan rayonu “Ağıllı kənd” layihəsi

Zəngilan rayonu “Ağıllı kənd” layihəsi

Zəngilan rayonu “Ağıllı kənd” layihəsi

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər. Tarix: 27.05.2022

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Dövlətimizin başçısı və birinci xanım əvvəlcə Ağalı kənd meydanı ilə tanış olublar. Kənd meydanında otuz ilə yaxın müddətdə işğal altında qalmış əzəli torpaqlarımızda sülhün əbədi təmin olunmasını təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi yaradılıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fəvvarəni işə saldılar. Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi amillər bu konsepsiyanın tərkib hissələridir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “golf car”la kəndin ərazisini gəzdilər, 5 nömrəli üçotaqlı evə baxdılar. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağalı kəndində “Gillmed” tikiş fabriki, ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi), uşaq bağçası və kənd orta məktəbi ilə də tanış oldular. Zəngilan rayonu “Ağıllı kənd” layihəsi çərçivəsində yenidənqurma işlərini həyata keçirən şirkətlərdən biri də "VİBRSOTONE" şirkətidir. Ağalı kəndindəki “Ağıllı kənd” lahiyəsinin inzibati ərazisinin bir hissəsində yerə düzülmüş döşəmə daşlar,boz rəngli "Universal" 100x200x600 mm-lik döşəmə daşlarıdır.
back top